28 Aprel 2017 21:57
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hərbçiləri bir gündə ayrı-ayrı ölkələrdə terror təşkilatlarının iki mühüm nümayəndəsini məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bildirib.

O qeyd edib ki, keçirilən xüsusi əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının Əfqanıstan özəyinin lideri məhv edilib.

Ceff Devis bildirib ki, əməliyyatda 50 ABŞ xüsusi təyinatlısı və 40 əfqan hərbçisi iştirak edib: “Əməliyyatın hədəfində İŞİD-in Əfqanıstandakı əmiri Əbdül Xasib olub. Onun öldüyünü hələ ki, təsdiq edə bilmərik, lakin məhv edildiyi ehtimal edilir”.

Onun sözlərinə görə, ABŞ hərbçiləri Yəməndə “Ərəbistan Yarımadasında Əl-Qaidə” terror qruplaşmasının liderlərindən birini məhv ediblər: “Aprelin 23-də hava zərbəsi nəticəsində “Əl-Qaidə” terror təşkilatının Ərəbistan Yarımadasındakı qolunun lideri Əbdül Əhməd əl-Alaki məhv edilib. Məlumat artıq təsdiqlənib.


Müəllif:

Oxşar xəbərlər