Teleqraf.com xəbər verir ki, bunu “RİA-Novosti”yə açıqlamasında Federasiya Şurasının komitə sədri Viktor Ozerov bildirib.
“Rusiya KXDR ətrafında baş verənləri son dərəcə diqqətlə izləyir”, - deyən senator KXDR-in raket sınağının məqsədlərinə qarışmamaqla bağlı Rusiyanın özünə hesabat verdiyini bildirib.
“Digər tərəfdən texnika texnikadır və bizim hərbçilər onlardan asılı olan hər şeyi edirlər ki, qeyri-adi vəziyyət halında raketlər təsadüfən Rusiya ərazisinə düşməsin”, - deyə V.Ozerov vurğulayıb.
Səxavət