4 May 2017 09:20
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən günorta saatlarında İranın Gülüstan əyalətinin Azadşəhr məntəqəsinin “Yurt” daş kömür qış mədənində baş vermiş partlayışda ölənlərin sayı 35 nəfərə çatıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İranın Əmək naziri Əli Rəbii jurnalistlərə açıqlama verib.

Mayın 3-ü günorta saat 12 radələrində İranın Gülüstan əyalətinin Azadşəhr məntəqəsinin “Yurt” daş kömür qış mədənində baş vermiş partlayışda ölənlərin sayı 35 nəfərə çatıb. Bu barədə İranın Əmək naziri Əli Rəbii mayın 3-də jurnalistlərə açıqlamasında məlumat verib.

Nazir bildirib ki, 21 mədənçinin cənazəsi artıq şaxtadan çıxarılıb və digər cəsədlərin dağıntılar altından tapılıb çıxarılması üçün aparılan əməliyyatlar davam edir: “Təəssüflər olsun ki, partlayışdan sonra mədən içində itkin düşən fəhlələrin hamısı həyatını itirib. Hadisə 1300 metr uzunluğu olan mədənin 700 metr dərinliyində baş verib. Partlayışa isə metan qazının sızması və qığılcım səbəb olub.

Partlayışda isə ölənlərin 9-u podratçı, 26-sı isə mədən fəhləsidir. Hadisə nəticəsində onlarla insan da yaralanıb və xəstəxanalara yerləşdirilib. Olayın təfərrüatını araşdırmaq üçün komitə yaradılıb”.

Samir


Müəllif:

Oxşar xəbərlər