Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik xidməti amerikalı aktyor Stiven Siqalın Ukraynaya girişinə qadağa qoyub.
Qadağa beş il qüvvədə olacaq. Aktyor isə qadağanı yumor ilə qarşılayıb: “Mənim də artıq qara siyahım var”.
Buna səbəb kimi aktyorun 2014-cü ildə Krımda şouda iştirak etməsi göstərilib.
Qeyd edək ki, Stiven Siqal Rusiya Federasiyasının vətəndaşı olub. Prezident Vladimir Putin şəxsən Kremlin xüsusi iclasında ona rus pasportu təqdim edib.
Rəqsanə