10 May 2017 00:25
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Baş naziri Tereza Mey ölkəsinə hər il daxil olan qaçqınların sayının 100 mindən az olacağını bildirib.

Baş nazir ölkəyə daxil olan miqrantların sayının aşağı maaşla işləyən vətəndaşların durumuna mənfi təsir göstərdiyini qeyd edib.

Teleqraf.com xarici mediaya istinadən bildirir ki, baş nazir lideri olduğu Mühafizəkarlar Partiyasının 2010-cu ildən bu yana ölkəyə gələn qaçqınların sayını yüz minlərdən on minlərlə endirməyi hədəflədiyini, lakin bunu həyata keçirə bilmədiyini söyləyib:

“Ancaq bu rəqəmi aşağı salmağı söyləməyin özü əhəmiyyətlidir”.

Tereza Mey qeyd edib ki, İngiltərə Avropa Birliyindən çıxdıqdan sonra sərhədlərdə nəzarəti gücləndirəcək və Avropadan ölkəyə daxil olanlara öz şərtlərini tətbiq edə biləcək.

Xatırladaq ki, hazırda İngiltərədə parlament seçkiləri kampaniyasıdır və siyasətçilər seçicilərin səsini almaq üçün onlara müxtəlif vədlər verir.

Cavad


Müəllif:

Oxşar xəbərlər