14 May 2017 16:57
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Azərşəhr şəhərinin Yengicə kəndində qədim yeraltı yaşayış məkanı aşkar edilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Şərqi Azərbaycan Mədəni irs, əl işləri və turizm təşkilatının ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, İran mədəni irs, əl işləri və turizm təşkilatının rəisi cümə günü Yengicə kəndinə gedərək yeni aşkar edilmiş tarixi məkana baxış keçirib.

Azərşəhrdə mədəni irs fəallarından biri Cavad Yasemipur yeni tapılan tarixi məkanla bağlı deyib: “Bu tarixi mağara böyük ehtimalla gizli və müvəqqəti yaşayış məkanı olub. 15 kilometrlik mağaranın bir neçə çıxışı var. Ehtimal olunur ki, bura savaşlar zamanı hərbçilər tərəfindən istifadə olunurmuş”.

C.Yasemipurun sözlərinə görə, mağara böyük ehtimalla İslamdan əvvəlki dövrlərə aiddir.

Samir


Müəllif:

Oxşar xəbərlər