Teleqraf.com-un məlumatına görə, Azərbaycan İcmaları Konqresi Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi ilə əlaqədar dərin narahatlığını ifadə edib. Bəyanatda deyilir:
“Bizim üçün sirr deyil ki, bütün bu təxribat xarakterli fəaliyyətin arxasında Rusiya və Azərbaycan arasındakı dostluq münasibətlərinə xələl gətirən insanlar və təşkilatlar dayanır. Azərbaycan İcmalar Konqresi uzun illərdir ÜAK ilə əməkdaşlıq edir. On ildən artıqdır fəaliyyət göstərən təşkilat ikitərəfli əlaqələrin möhkəmləndirilməsi işində özünəməxsus körpü rolunu oynayır”.
Bəyanatda həmçinin vurğulanır ki, ÜAK öz fəaliyyətini hər zaman Rusiya qanunvericiliyi çərçivəsində qurub. Öz fəaliyyəti çərçivəsində ictimaiyyəti doğma vətənin milli, mədəni və mənəvi dəyərləri ilə yaxından tanış edib.
“Biz, Belarus azərbaycanlıları respublikamızın müxtəlif diaspor nümayəndələri ilə birgə rus diasporu ilə dostluq münasibətləri saxlayır və birlikdə çoxsaylı aksiyalar həyata keçiririk. Heç bir şey bizim qardaşlıq münasibətlərimizə təsir edə bilməz”, - deyə bəyanatda qeyd edilir.