Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin müavini Conatan Kohen deyib.
Onun sözlərinə görə, iki ölkənin liderləri əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsi, ticarət münasibətlərinin gücləndirilməsi sahəsində ortaq məxrəcə gəliblər: "Ankara və Vaşinqton təkcə YPG mövzusunda yox, Suyada sülhün əldə olunması naminə də dialoqu davam etdirirlər".
Conatan Kohen hesab edir ki, iki ölkə terrorist qruplarla çiyin-çiyinə mübarizə aparmalıdır: "Suriyanın gələcəyi və İranın Yaxın Şərqdə oynayacağı rolu müzakirə etməliyik".