Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, səfir yazılı açıqlamasında BMT baş katibinə bununla bağlı məlumat veriləcəyini, habelə baş katibdən tövsiyyələr alacağını qeyd edib.
Espen Barthrum yunan və türk tərəfinin Cenevrədə təkrar sülh danışıqlarına başlaması üçün cəhdlər göstərib. Ancaq tərəflər danışıqların mövzusu barədə razılığa gəlməyib.
Qeyd edək ki, artıq Quzey Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı bəyan edib ki, Kiprin yunan tərəfinin rəhbərliyinin ön şərtlərini qəbul etmək zorunda deyil.
Prezident həmçinin əlavə edib ki, BMT baş katibinin xüsusi nümayəndəsinin danışıqlarla bağlı diplomatiyası nəticə verməyib.
Cavad