7 İyul 2017 02:10
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın birinci xanımı Aqata Kornhauser-Duda protokol görüşü zamanı ABŞ prezidenti Donald Trampın onun əlini sıxması cəhdinə əhəmiyyət verməyib.

Teleqraf.com xəbər verir ki, Polşa prezidenti Anjey Dudanı salamlayan Tramp onun xanımına əl uzadıb. Lakin Kornhauser-Duda onun yanından keçib və ABŞ liderinin xanımı Melani Trampla salamlaşıb.

Qeyd edək ki, ABŞ prezidenti görüş zamanı Polşa və Avropanın digər ölkələrinə enerji mənbələrinin diversifikasiyasında yardım etməyə hazır olduğunu bildirib.​ D.Tramp qeyd edib ki, maye təbii qazın (LNG) iyunun əvvəlində ABŞ-dan Polşaya baş tutan ilk çatdırılma prosesindən məmnun qalıb. (report)


Müəllif: Teleqraf.com