9 İyul 2017 11:10
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Hamburq şəhərində keçirilən etiraz aksiyaları zamanı baş verən toqquşmalarda 285 nəfər xəsarət alıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, olaylar nəticəsində 300 nəfər saxlanılıb. Məlumatlara görə, məhkəmə saxlanılanlardan 200-ü barədə həbs qərarı çıxarıb.

Bundan başqa, rəsmilər yaralılardan əksəriyyətinin polis olduğunu bildiriblər: "Etiraz aksiyaları zamanı nümayişçilər polisə "Molotov kokteli" atıblar. Polis isə buna cavab olaraq, su şırnaqlarından, rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib".


Müəllif: Samir

Oxşar xəbərlər