15 İyul 2017 19:27
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İkitərəfli münasibətlərimizə və təməl dəyərlərə uyğun olmayan şəkildə Türkiyənin dostluğuna xəyanət etməyin heç bir izahı yoxdur”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul hadisələrinin ildönümü ilə bağlı “Guardian” qəzetində dərc olunan məqaləsində yazıb.

Ərdoğan qeyd edib ki, hərbi çevrilişə cəhddən bir il sonra Türkiyə demokratik dəyərlərinə sahib çıxıb: "Bir il əvvəl milyonlarla vətəndaş siyasi və mədəni ayrı-seçkiliyi bir kənara qoyaraq, Konstitusiyanı dəyişməyə çalışan, günahsız insanlara atəş açan və parlamenti bombalayanlara qarşı dirəniş göstərdi. Türk xalqı bir olub silahlı qrupun demokratiyaya, suverenliyə və yaşayış tərzinə təsir göstərməsinə mane oldu. Hərbi çevrilişin qarşısının alınması həm də demokratiya tarixində dönüş nöqtəsidir”.

Türkiyə prezidenti bildirib ki, Qərb liderləri terrorçularla əlbir olmaq, ya da türk xalqının inamını yenidən qazanmaq arasında seçim etməlidir: “Qərb ölkələrinin ikiüzlülüyü və ikili standartları azadlıq üçün ayağa qalxan türk millətini həddən artıq narahat edib. Hökumətimizin hərbi çevriliş təşəbbüsünü dəstəkləyən Fətullah Gülən və müridlərini ədalətə təslim etmə cəhdləri yalnız Türkiyə üçün deyil, dünyanın hər yerindəki demokratlar üçün önəmlidir”./apa/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər