24 İyul 2017 13:30
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Kirman əyalətində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Teleqraf.com xarici mediaya istiandla xəbər verir ki, 92 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Onların spirtli içkidən zəhərləndiyi bildirilib. Xəstəxanada 2 nəfərin öldüyü, 3 nəfərin vəziyyətinin ağır olduğu, 43 nəfərin isə xəstəxanada müalicəsini davam etdirdiyi bildirilib.

Qeyd edək ki, İranda spirtli içki qəbulu və satışı qadağandır. Belə şəxsləri 6 aydan 1 ilə qədər həbs, eləcə də 70-80 şallaq cəzası gözləyir.


Müəllif: Samir

Oxşar xəbərlər