Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu fələstinlinin yaşadığı Xobar kəndini mühasirəyə alıb və evdə axtarış aparıb. Eyni zamanda, fələstinlinin qardaşı həbs olunub.
Qeyd edək ki, iyulun 21-də İordan çayının sağ sahilindən olan fələstinli israillilərin yaşadığı Neve-Tsuf qəsəbəsində üç nəfərə bıçaqla ölümcül yaralar yetirib. Daha bir nəfər ağır yaralanıb.