28 İyul 2017 15:36
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın türklərlə bağlı müəmalı hadisələr baş verir. Belə ki, bu ölkənin müxtəlif şəhərlərində yaşayan türklər sirli şəkildə yoxa çıxır, daha sonra isə onların cəsədi tapılır.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, bu tendensiya Hamburqda yaşayan 22 yaşlı boksçu Tunahan Kəsərin yoxa çıması ilə başlanıb. Gənc idmançının cəsədi bir həftə sonda Holmmoor yaxınlığındakı meşədə aşkar edilib.

İyulun 26-da isə Almaniyada yaşayan 16 yaşlı Ceylan Berbegilin itkin düşməsi haqqında rəsmi orqanlar məlumat yayıb. Almaniyanın Hessen əyalətinin Karben şəhərində yaşayan Berbegilin fotosunu mətbuata verən polis gənc qızı görənlərdən dərhal polisə xəbər verməsini istəyib.

İyulun 26-da isə alman polisi 29 yaşlı Abdullah Rza Çakıcının itdiyini bəyan edib. İyulun 3-dən yoxa çıxdığı bəlli olan Çakıcının Oldenburqda yaşadığı və son dəfə Nadorst istiqamətində göründüyü müəyyən edilib.


Müəllif: Cavad