30 İyul 2017 10:39
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya və Türkiyə arasında yaşanan böhranının səbəbi ortaya çıxıb.

Teleqraf.com xarici mediaya istinadla bildirir ki, türk-alman münasibətləri Aleksandr Neu adlı şəxs səbəbindən soyuyub və düzəlməz həddə çatıb.

Der Spiegel Jurnalı xəbər verir ki, münasibətlərin pisləşməsində klumunasiya nöqtəsi Alman deputatların Konyadakı NATO bazasını ziyarət etməsinə icazə verilməməsi olub. Alman tərəfi bu məsələni şişirtsə də, icazəninin verilməməsi səbəbinin üzərindən sükutla keçib.

İş ondadır ki, Konyada yerləşən NATO bazasını ziyarət etmək istəyən Alman heyəti arasında Sol Partiyadan Bundestaqa seçilən millət vəkili Aleksandr Neu-da olub. Aleksandr Neu keçmişdə PKK-nı açıq dəstəkləyən bəyanatlar verib. Türkiyədə bu səbəbdən deputatları hərbi bazaya buraxmaqdan imtina edib.

Der Spiegel Jurnalı türk diplomatlarına istinad edərək bildirib ki, Aleksandr Neunun PKK terror şəbəkəsi ilə əlaqədə olduğu səbəbindən rəsmi Ankara nümayəndə heyətinin Konyada yerləşən İncirlik bazasına ziyarətini rədd edib.

Xatırladaq ki, Aleksandr Neu ötən ilin avqustunda radioya verdiyi müsahibə zamanı Pkk-nın Türkiyədəki fəaliyyəti haqda müsbət fikirlər səsləbdirib.


Müəllif: Cavad