Teleqraf.com xəbər verir ki, Çin Kommunist Partiyasının rəhbərliyini tənqid edən süni zəkaya malik iki robot ciddi “narahatlıq” yaradıb.
Maykrasoft tərəfindən dəstəklənən Turinq Robotun inkişaf etrdirildiyi yeni mərhələdə bir istifadəçi robota “Kommunist Partiyasını sevirsənmi” sualı verib. Robot isə cavabında kommunistləri sevmədiyini deyib.
Robota verilən digər suala cavabında süni zəka sahibi bildirib ki, Çində vətənpərvər olmağın mənası yüksək vergilər vermək və Kommunist Partiyasının təzyiqlərinə qarşı susmaq kimi anlaşılmalıdır.
Xiao Bing adlı digər “qadın” robot isə “Mənim bir çinli kimi arzum Amerikaya getməkdir” ifadəsini işlədib. Robot “vətənpərvərsənmi” sualına “aybaşıyam, istirahət etmək istəyirəm” cavabını verib.
Bundan sonra bəlli olub ki, hər iki robot artıq məhv edilib.