7 Avqust 2017 09:10
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail "Əl-Cəzirə" telekanalının Qüdsdəki ofisini bağlamaq qərarına gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İsrailin Rabitə naziri Eyüb Qara məlumat verib.

Onun sözlərinə görə, bu qərar ərəb ölkələrinin Qətərə tətbiq etdiyi qadağalara dəstək məqsədi daşıyır:

"İsrail terrorla mübarizə edən ərəb ölkələrinin tərəfindədir və bizim terroru dəstəkləyən kanala ehtiyacımız yoxdur. Ona görə də biz Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreynin qərarına dəstək nümayiş etdiririk".

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, BƏƏ, Misir, Liviya, Yəmən, Maldiv, Mavritaniya, Cibuti, Seneqal və Kamar adaları terrorçuluğa dəstək ittihamı ilə Qətərlə diplomatik əlaqələri kəsib.


Müəllif: Samir

Oxşar xəbərlər