15 Avqust 2017 20:42
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan Britaniya imperiyasından ayrılmasının 70 illiyini qeyd edir.

Teleqraf.com xəbər verir ki, bayram tədbirləri səhər tezdən Nyu-Dehlidə – orta əsrlərdə inşa olunmuş və Böyük Moğollar imperiyasının iqamətgahı olmuş Qırmızı Qüllədə başayıb. Baş nazir Narendra Modi yerli vaxtla saat 07:00-da əraziyə gəlib və qüllənin “Lahor qapıları” adlanın hissəsində Hindistanın üzrəngli bayrağını qaldırıb. Daha sonra həmvətənlərinə müraciətlə çıxış edib. Baş nazir çıxışında əsasən təhlükəsizliyin təminatı və ölkənin vahidliyi məsələlərinə toxunub.

Qeyd edək ki, baş nazirlərin Qırmızı Qüllədə çıxış etməsi ənənəsinin əsası 15 avqust 1947-ci ildə müstəqil Hindistanın ilk lideri Cəvahirləl Nehru tərəfindən qoyulub.


Müəllif: Səxavət

Oxşar xəbərlər