Ukraynanın "Motor Şiç" şirkəti Zaporojye şəhərində "Mokroe" aerodromunda keçirilən vertolyot idmanı üzrə açıq çempionat çərçivəsində özünün yeni istehsal etdiyi "Nadejda" ("Ümid") vertolyotunu təqdim edib.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bundan bir qədər əvvəl şirkətin prezidenti və baş konstruktoru, Ali Radanın deputatı Vyaçeslav Boquslaev "Motor Şiç" şirkətinin "Nadeyda" vertolyotlarının buraxılışını 2018-ci ilə planlaşdırdığını açıqlamışdı.
"Bu gün siz ilk Ukrayna vertolyotunun qarşısında dayanmısız. Biz onu "Nadejda" adlandırdıq. Bu, bizim ölkəmizin və yüksək texnologiyamızın inkişafına ümidimizin ifadəsidir", - Boquslaev təqdimat mərasimində deyib.