Barselonada yaşayan müsəlmanlar Rambla küçəsində keçidə toplaşaraq Kataloniyadakı teraktlarla ılaqədar etiraz aksiyası keçiriblər.
Teleqraf.com-un xarici mətbuata istinadla verdiyi xəbərə görə, aksiya iştirakçılarının əllərində "İslam sülhdür!", "Bunlar bizdən deyil!" şüarları yazılmış plakatlar olub.
Aksiyada 50-dən artıq müsəlman iştirak edib.