26 Avqust 2017 15:35
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın ABŞ yardımlarından qurtulmağının zamanı çatdı.

Bu bəyanatla Nəvaz Şərifin istefasından sonra həmin posta namizəd olan Şahbaz Şərif çıxış edib.

Şərif bildirib ki, Pakistanın son zamanlar üzləşdiyi geopolitik və təhlükəsizlik problemləri ölkənin qurucusu olmuş insanların ideallarına uyğun şəkildə tam müstəqil və suveren dövlət təsəvvürünü gerçəkləşdirmək üçün bir fürsətdir: "Özümüzə və insanlarımızın taleyini dəyişməyə inanmağı öyrənməyə məcburuq".

Şahbaz Şərifin bu bəyanatı ABŞ Prezidenti Donald Trampın yeni Əfqanıstan strategiyasına cavabdır. ABŞ-ın Əfqanıstanda hərbi gücünü artırmaq niyyətini açıqlayan Tramp Pakistanı terrorçu təşkilatların sığındığı liman kimi xarakterizə edib.

Bu bəyanatın ardınca Pakistan Təhlükəsizlik Təçkilatının 5 saat sürən toplantısı keçirilib. Toplantıdan sonra verilən açıqlamada ABŞ-ın Pakistanı "günah keçisi" kimi gördüyü, ancaq bunun Əfqanıstandakı sabitliyə fayda verməyəcəyi qeyd edilir.

Eyni zamanda heç bir ölkənin Pakistan qədər terror təhlükəsinə qarşı mübarizə aparmadığı vurğlanıb.


Müəllif: Mahir

Oxşar xəbərlər