Ermənistan Fövqəladə Hallar nazirinin müavini vəzifəsindən kənarlaşdırılıb.
Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Karen Karapetyanın sərəncamı ilə nazir müavini Aykaram Mxitaryan öz postu ilə vidalaşmalı olub.
Mxitaryanı bu gün Prezident Serj Sərkisyanın sərəncamı ilə Müdafiə nazirinin müavini vəzifəsindən uzaqlaşdırılan Ara Nazaryan əvəzləyib.