29 Avqust 2017 16:52
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Tehran heç kimə hərbi obyektlərində yoxlama aparmağa icazə verməyəcək.

"Report" "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İran hökumətinin nümayəndəsi Məhəmməd Bakər Noubaxt bildirib.

"Hərbi obyektlər gizlidir və heç kim onlara daxil ola bilməz", - o deyib.

Qeyd edək ki, daha əvvəl ABŞ rəsmi Tehranın atom enerjisinə dair sazişə riayət edib-etməməsini müəyyənləşdirmək məqsədilə İranın hərbi obyektlərində yoxlamalar aparmağı tələb edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər