30 Avqust 2017 14:04
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur çeçen biznesmen Umar Cəbrayılov Moskvada həbs olunub.

Teleqraf.com xəbər verir ki, o, Moskvanın mərkəzindəki “Four Seasons” hotelində öz tapançasından atəş açmaqda ittiham olunur.

Hotelin mühafizə xidməti polisə zəng edərək bir müştərinin 633 saylı otaqda atəş açdığını bildirib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanı əməkdaşları otağın tavanında və döşəmədə çoxlu güllə izləri aşkarlayıblar. Atəş açanın özü – Umar Cəbrayılov da otaqda olub. O, saxlanılarkən müqavimət göstərməyib.

Hadisənin təfərrütları aydınlaşdırılır. Atəş nəticəsində xəsarət alan olmayıb.

Moskvadakı çeçen diasporunun məşhur nümayəndələrindən olan Umar Cəbrayılov siyasətlə də məşğuldur. O, əvvəllər Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin müavini olub. Hazırda “Avanti” müəssisəsinin yaradıcısı və rəhbəridir.


Müəllif: Səxavət

Oxşar xəbərlər