İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqiri “Xatəm ül-Ənbiya” hava hücumundan müdafiə qərargahının işçiləri qarşısında çıxış edərək xarici müdaxiləçilərin mümkün hücumundan danışıb.
Teleqraf.com-un məlumatına görə, o bildirib ki, “cahil düşmənlər” İrana hücumun nəticə verməyəcəyi qənaətinə gəliblər: “Bu gün dünya müstəmləkəçiliyinin başında duran ağılsız və cahil düşmənlərin İran İslam Respublikasına hücum etməyə cürəti və cəsarəti yoxdur. Onlar yaxşı başa düşürlər ki, bizə hücum etmək onlara sərf etməyəcək və belə bir ağılsız addımın nəticəsi onlar üçün çox ağır olacaq.
Əgər xarici düşmən bizimlə müharibəyə başlasa, sözsüz ki, bu savaşın nə zaman başa çatmasını və müharibənin hansı məkanda və ya hansı sərhədlərdə aparılmasını onlar yox, biz təyin edəcəyik. Belə olduqda, İran İslam Respublikası öz iradə və gücünü onlara diktə edəcək və buna da qadirdir”.