Şimali Koreyanın Nüvə İnstitutu nüvə silahı ilə bağlı ciddi uğur əldə etdiyini bəyan edib.
Teleqraf.com “Röyter” agentliyinə istinadla xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyi Şimali Koreya Nüvə İnstitutunun nüvə silahı istehsal etdiyini bildirib.
Xəbərə görə, Şimali Koreya lideri Kim Çen İn Nüvə İnstitutunu ziyarət edib və burada istehsal edilən hidrogen bombası ilə maraqlanıb.
Qeyd edək ki, Şimali Koreyanın raket sınaqları ABŞ-ın ciddi etirazları ilə müşayiət olunur.