Türkiyədə ötən həftə ərzində 27 terrorçu məhv edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, Türkiyənin təhlükəsizlik qüvvələrinin avqustun 28-dən sentyabrın 3-dək keçirdiyi əməliyyat zamanı 6 terrorçu yaxalanıb, 10 nəfər silahı yerə qoyaraq təslim olub. Bununla yanaşı, terrorçularla əlaqədə şübhəli bilinən 285 nəfər saxlanılıb.
Əməliyyatlar zamanı həmçinin 16 atıcı silah, 9 əl qumbarası, 470 kiloqram partlayıcı maddə müsadirə olunub. Terrorçuların 9 sığınacağı məhv edilib.