Fransa dövləti Şimali İraq Kürd Muxtariyyətinin sentyabrın 25-də keçirmək istədiyi müstəqillik referendum ilə bağlı mövqeyini açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Fransanın xarici işlər naziri Jean Yves Le Drian bəyan edib ki, Şimali İraq Kürd Muxtariyyətinin planlaşdırdığı müstəqillik referendum uyğun addım deyil.
Nazir Bağdad ilə Ərbil arasında dialoqun olmasının vacibliyini qeyd edib: “Mən tərəfləri dialoqa dəvət edirəm”.