İsrailin Baş naziri Binyamin Netanyahu BMT Baş Assambleyasında çıxışı zamanı İranın nüvə proqramını Şimali Koreyanın nüvə proqramına bənzədib.
Teleqraf.com "CNN Türk"ə istindən bildirir ki, Netanyahu "bəzi insanlar hələ də İranla bu təhlükəli müqaviləni (nüvə sazişi nəzərdə tutulur-red.) müdafiə edirlər" deyib.
"Onlar Şimali Koreya üçün eyni sözləri dedilər, ancaq bunu görmədik. İranla nüvə razılaşması Tehrana daha çox nüvə silahı istehsal etməyə imkan verəcək. İran Orta Şərqə hücum etmək istəyir və bütün dünyanı ballistik raketlərlə təhdid edir", - Netanyahu əlavə edib.