29 Sentyabr 2017 18:18
2 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna vətəndaşlığından rəsmən çıxarılacağı tarixi açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bununla bağlı Feysbuk hesabında məlumat verib.

Saakaşvili bildirib ki, Ukrayna Prezident Administrasiyası ondan 20 gün möhlət istəyib:

“Mən Sentyabrın 19-da Administrasiyaya sənədlərlə bağlı müraciət etmişəm. 10 gün keçib. Administrasiya daha 20 gün möhlət istədi ki, vətəndaşlıqdan çıxarılmamla bağlı sənədləri mənə təqdim etsinlər. Görün onlar başqa vətəndaşlarla nə edirlər. Bildirirlər ki, bundan sonra mən məhkəməyə müraciət edə bilərəm”.


Müəllif: Samir

Oxşar xəbərlər