21 Noyabr 2017 21:38
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zimbabve prezidenti Robert Muqabe istefaya gedib.

Teleqraf.com-un məlumatına görə, bu barədə ölkə parlamentinin spikeri məlumat verib.

O, deyib ki, Muqabe parlamentin impiçment qərarından sonra bu addımı atıb.

Qeyd edək ki, bir qədər əvvəl Zimbabve parlamenti prezident Robert Muqabeyə impiçment elan edib.

Prezidentə səlahiyyətlərini təhvil vermək üçün bir sutka vaxt verilib.

Xatırladaq ki, noyabrın 14-də axşam saatlarında hərbçilər ölkədə əsas obyektləri nəzarət altına alıblar. Növbəti gün Muqabe və onun xanımı Qreys saxlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər