Terror təşkilatının əliylə, yaxud terror bəhanəsiylə mədəniyyətimizin qədim şəhərlərinin süquta yetirilməsini, müsəlman qanının axıdılmasını dayandırmaq üçün əlimzidən gələni edəcəyik. Bu bizim boynumuzun borcudur.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün gizir müdavimlərin məzuniyyət mərasimində çıxışı zamanı deyib.
Ərdoğan sözünə belə davam edib:
"Dünən Misirdə cümə namazında İŞİD-in törətdiyi terrora diqqət yetirin. Onlara necə müsəlman deyə bilərik? Bütövlükdə bölgədə terrorun axırına çıxmaq üçün bu həmlələri eləməyə məcburuq.
Bir terror dəhlizi yaratmaq istəyənlər kənara çəkilməyimizi arzulayırlar. Amma adımızdan qərar verməyi bacarmazlar".
Rəcəb Tayyib Ərdoğan ölkəsinin müxtəlif istiqamətlərdən hücumlara məruz qaldığını vurğulmaqla Türkiyənin oyundankənar vəziyyətə salınmasına cəhdl'r göstərildiyini də qeyd edib: "Biz bu cəhdlərin fərqindəyik. Öz ölkəmizə güvənməyimizlə, millətimizin dəstəyi və ordumuzun gücüylə bu oyunu özümüz və müttəfiqlərimiz üçün ən faydalı nəticəyə gətirməkdə qərarlıyıq".