Suriya İnsan Haqları Təşkiları 2011-ci ilin martından 2017-ci ilin oktyabrına qədər Suriyada 24746 qadının öldürüldüyünü bəyan edib.
Teleqraf.com xəbər verir ki, araşdırmaya görə, daxili müharibədə öldükdən sonra izlərinə rast gəlinən qadınların sayı bu qədərdir.
Hesabatda Bəşər Əsəd rejiminin hücumları zamanı həyatını irtirən qadınların 20919 nəfər olduğu faktlarla təsdiqini tapıb. Bəşər Əsədə dəstək verən Rusiya hərbi təyyarələrinin hücumu zamanı isə 988 qadının öldüyü müəyyən edilib.
İŞİD-in hücumları zamanı 573, PYD hücumları nəticəsində 136 nəfər qadın öldürülüb.
2014-cü ildən sonra İŞİD-ə qarşı qurulan beynəlxalq hərbi koalisiyanın həyata keçirdiyi hava hücumları isə 611 qadının həyatına son qoyub.
Hərbi müxalifət və Əsəd rejiminə qarşı olan qrupların rejimlə qarşıdurmalarından 963 qadın öldürülüb. Eləcədə ölkədə məlum olmayan tərəflərin həyata keçirdiyi cinayətlər nəticəsində 656 xanımın öldüyü bəyan edilib.
Hesabatda qeyd edilir ki, 57 qadın tərəflər arasında baş verən atışmalar zamanı öldürülüb. Bundan başqa, Əsəd rejimi 41, İŞİD 13, PYD 2, hərbi müxalifət isə 1 qadına işgəncə verərək öldürüb.
Suriya İnsan Haqları Təşkilatının hesablamalarına görə, Suriyada daxili müharibədə iştirak edən tərəflərin həbs etdiyi qadınlardan 8289 nəfəri müəyyən edilib.
Bəşər Əsəd rejimi 6736, hərbi müxalifət 959, PYD 257, İŞİD isə 337 qadını həbs edib.
Rejim qüvvələrinin və onu dəstəkləyənlərin qadınlara qarşı işlətdiyi cinayətlərin dayandırılmasının vacibliyini bəyan edən Suriya İnsan Haqları Təşkilatının hesabatında qadınların qorunması üçün BMT-nin dərhal hərəkətə keçməsinin lazımlı olduğu bildirilib.