Tezliklə Çin hakimiyyəti tərəfindən Uhan meqapolisində açılacaq nəqliyyat polis bölməsində yalnız bir robot (sənədlərin yoxlanması və verilməsi üçün nəzərdə tutulmuş avtomatlaşdırılmış sistem) işləyəcək. Xüsusi süni intellekt əsasında işləyən robot ziyarətçiləri dərhal müəyyənləşdirir ki, bu da uzun növbələri aradan qaldırmağa imkan verəcək.
Teleqraf.com İCTnyus-a istinadən yxәbәr verir ki, süni intellekt 24/7 rejimində işləyə biləcək və o, "insan amili" riskindən uzaqdır. Bu avtomatlaşdırılmış sistemi ələ almaq və aldatmaq qeyri-mümkündür. Bütün prosedurların sürətlənməsi çinli sürücülərə öz bizneslərini optimallaşdırmağa və qazanclarını artırmağa kömək etməlidir.
Çin 2030-cu ilədək süni intellektin həyatın bütün sahələrinə tətbiqi sahəsində liderliyi ələ keçirməyə çalışır. Oksford Universitetində çalışan alimlərin məlumatına görə, 2025-ci ilədək ABŞ-da iş yerlərinin 7%-ni robotlar ələ keçirəcək, 2040-cı ilə onların payı artıq 47 % təşkil edəcək.