Alimlər 2030-2040-ci illərdə İstanbulda güclü zəlzələ ilə bağlı xəbərdarlıq ediblər.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Tikinti və Şəhərsalma naziri Mehmet Özhaseki deyib.
O bildirib ki, araşdırmaların nəticələri Türkiyə üçün narahatlıq yaradır: “Deyilənə görə, 7 ballıq zəlzələ gözlənilir. Biz buna qarşı tədbirlər görməliyik.
İstanbul Böyükşəhər Bələdiyyəsi və Türkiyə Böyük Millət Məclisinin hazırladığı hesabatda hazırda şəhərdə 600 mindən çox istifadəyə yararsız tikilinin olduğu deyilir. Bundan çox narahatıq. Belə bir zəlzələ olsa, həlak olanların sayı üksək ola bilər”.