Pakistanda partlayış törədilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, naməlum şəxslər İslamabadda məsciddə ibadət edənlərə atəş açıblar. Silahlı hücum nəticəsində iki nəfərin həyatına son qoyub, dörd nəfər ağır yaralanıb. Polis hadisə yerini mühasirəyə alaraq məscidə hücum edən silahlıların axtarışına başlanıb.
Qeyd edək ki, silahlı hücum Pakistan Kəşfiyyat Bürosunun əməkdaşına edilib.
Hadisəyə görə məsuliyyəti hələ ki, Pakistanda fəaliyyət göstərən heç bir qruplaşma öz üzərinə götürməyib.