4 Dekabr 2017 08:28
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynda prezident Petro Poroşenkonun istefası tələbilə təşkil etdiyi mitinqdən sonra jurnalistlərin suallarını cavablandırıb.

Teleqraf.com xəbər verir ki, Saakaşvili Rusiya ilə müharibə şəraitində olan Ukraynanın islahatlardan qaçmasının düzgün olmadığını bildirib: "Əksinə, islahayları daha da sürətlə aparmaq lazımdır ki, Ukrayna bu proseslərdən qalib çıxsın".

Saakaşvili əlavə edib ki, gürcü olması Ukraynada siyasi prseslərdəki iştirakına mane olmur: "Ukraynada çox olmuşam. Burana yaxşı tanıyıram. Ukraynanın problemləri Gürcüstanın problemlərinə çox oxşayır".

Gələcək planlarından danışan Saakaşvili qeyd edib ki, gələcək planlarla bağlı qərarı Ukrayna xalqı verəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər