Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sabiq lideri Dəniz Baykal səhhəti ilə əlaqədar Almaniyaya aparılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, müalicəsini Almaniyada davam etdirəcək.
Xatırladaq ki, oktyabrın 16-da Dəniz Baykalın yuxarı tənəffüs yollarında infeksiya aşkarlanmışdı. Onun vəziyyəti qəfildən ağırlaşaraq, koma vəziyyətində xəstəxanaya çatdırılmışdı. Baykal 51 gündür Ankaradakı İbn Sina xəstəxanasında müalicə edilirdi.