5 Dekabr 2017 12:54
4 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Deyr-əz-Zor bölgəsinin Salahiyə qəsəbəsində rusiyalı general ilə PKK terror təşkilatının bu ölkədəki qolu sayılan PYD-nin sözçüsü arasında görüşlə bağlı Moskvadan ilk rəsmi açıqlama gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Türkiyəninin qəzəbinə səbəb olan toplantından 48 saat sonra Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Toplantıda İŞİD terror təşkilatının məğlubiyyətə uğramasından sonra atılacaq addımların dəyərləndirildiyi bildirilib.

Qeyd edək ki, toplantıda Rusiya Silahlı Qüvvələrinin generalı Yevgeni Poplavski və YPG silahlılarının sözçüsü Nuri Mahmud iştirak edib.


Müəllif: Samir

Oxşar xəbərlər