Son vaxtlar ABŞ Prezidenti Donald Trampın səhhətində problem yaranması barədə məlumatlar yayılır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Trampın Ağ Evdə çıxışı zamanı nitqini yarımçıq kəsməsi və qarşısındakı butulkadan su içməsi söz-söhbətin artmasına səbəb olub.
İkinci hadisə də Trampın çıxışı zamanı baş verib. Boğazı quruyan Tramp lazım olan sözü fərqli formada ifadə edib.
Bu səbəbdən Donald Tramp 2018-ci ilin əvvəlində tibbi yoxlanışdan keçəcək. Bu barədə məlumat verən Ağ Evin nümayəndəsi Sara Sandres bildirib ki, Volter Rid adına hərbi-tibbi mərkəzdə aparılacaq müayinələrin nəticələri ictimaiyyətə açıqlanacaq.