ABŞ Hərbi Hava Qüvvələri Yəmənə 20 noyabr endirdiyi hava zərbələri nəticəsində 5 "əl-Qaidə" liderinin məhv edildiyi məlum olub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə xəbəri Pentaqonun mətbuat xidməti yayıb.
Məumatda deyilir: "Amerikanın Yəmənin əl-Bayd əyalətinə endirdiyi hava zərbələri nəticəsində 5 "əl-Qaidə" silahlısı məhv edilib".