Çilidə prezident seçkiləri üzrə səsvermənin II turu başa çatıb.
Teleqraf.com xəbər verir ki, Çilinin Mərkəzi Seçki Komissiyası Sebastyan Pinyeranı ölkənin yeni prezidenti elan edib. O, 2018-2022-ci illərdə ölkəyə başçılıq edəcək.
Sebastyan Pinyera 54% səs toplayıb. Onun rəqibi solmərkəzçi senator Alexandro Qilyiera 46% səs toplayıb və öz məğlubiyyətini etiraf edib.