ABŞ-ın Çeçenistan rəhbəri Ramzan Kadırovun da aralarında olduğu 5 rus vətəndaşına qarşı sanksiya tətbiq etməsinə Rusiya sakit qalmayacaq.
Teleqraf.com xarici mediayaistinadla xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova məlumat verib:
“Hər şey gülüncdür. Bu insanlara cavab vermək məcburiyyətindəyik. ABŞ ikitərəfli münasibətləri yox etmək üçün sanksiya oyununa davam edir”.