Moskvanın "Vnukovo" hava limanında Hantı-Mansiysk şəhərinə uçan "Utair" aviaşirkətinə məxsus təyyarənin stüardessası yerə düşüb.
“Report” xəbər verir ki, hadisə hava gəmisinin göyərtəsinə yemək qəbulu zamanı baş verib.
Stüardessa qapılar bağlanan zaman ayağı sürüşərək 3-4 metr yüksəklikdən yerə yıxılıb. O, beton perronun üzərinə düşüb.
Qız huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.