Türkiyənin baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi heyətdə Səudiyyə Ərəbistanına səfər edən əmək naziri Julidə Sarıəroğlu bu ölkənin qanunlarına rəğmən başını örtməyib.
Teleqraf.com xəbər verir ki, Səudiyyə qanunlarına görə, qadınlar ictimai yerlərdə başlarını örtməlidirlər. Amma türkiyəli nazir Səudiyyə Ərəbistanında olduğu müddətdə baş örütüyndən istifadə edməyib.
Halbuki daha öncə bu ölkəyə səfər etmiş Qərb xanım siyasətçiləri - İngiltərənin baş naziri Tereza May, Almaniya kansleri Angela Merkel, ABŞ-dan İvanka və Melena Tramp kimi məşhurlar bəzi məqamlarda baş örütüyündən istifadə ediblər.