Türkiyə vətəndaşları viza probleminin həll edilməsi xəbərindən sonra bu gün səhər saatlarında ABŞ-ın İstanbuldakı baş konsulluğunun qarşısına gəliblər.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, vizaların verilməsində heç bir problemin olmadığını bildirilib.
Qeyd edək ki, ABŞ səfirliyinin türk əməkdaşı Metin Topuzun həbsindən sonra Ağ Ev oktyabrın 8-də Türkiyəyə qarşı viza qadağası tətbiq etmişdi. Türkiyə də buna cavab olaraq ABŞ vətəndaşlarına viza verməkdən imtina etmişdi. Dünən isə viza qadağası ikitərəfli formada ləğv edilib.