Əfqanıstan Silahlı Qüvvələri ölkənin Nanqarhar bölgəsində anti-terror əməliyyatı keçirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı bölgə qubernatoru Ataulla Xoqaiyani məlumat verib.
O bildirib ki, əməliyyat zamanı 65 terrorçu öldürülüb, 18-i yaralı vəziyyətdə ələ keçib.
Döyüşlər zamanı 1 dinc sakin həlak olub, 13 nəfər isə yaralanıb.