Mark Zükerberqin Feysbuk sosial şəbəkəsinin xəbər lentində dostların və ailə üzvlərinin paylaşdığı statuslara üstünlük veriləcəyi bəyanatından sonra şirkətin səhmləri ucuzlaşıb.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Feysbuk rəhbərinin açıqlamasının ardınca şirkətin birjalardakı dəyəri sürətlə düşməyə başlayıb.
Feysbuk səhmləri 2,9 milyard azalıb.
"Forbes” jurnalının açıqlamasına görə, Mark Zükerberq dünyanın 5-ci ən zəngin adamıdır.