Rusiyada satışda olan toyuq ətinin insan həyatı üçün təhlükəli olduğu aydınlaşıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı “Roskontrol” qeyri-kommersiya təşkilatı hesabat təqdim edib.
Məlumatlara görə, təşkilat 6 şirkətdə yoxlama aparıb.
Yoxlamalar zamanı məlum olub ki, həmin məhsullarda anti-biotiklər, təhlükəli bakteriyalar və toyuq ətinin həcmini böyütmək üçün maddələr normadan 20-30 dəfə çoxdur.
Məsələ ilə bağlı təşkilat lazımı orqanlara müraciət ünvanlayıb.